“Qarabağ” və “Sabah”ın qələbələri mənə ruh yüksəkliyi verdi”

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 18 finalçıların adları məlum olub.
 

Newsport.az-ın məlumatına görə,FIDE təmsilçisi Pyotr Svidler üzərində qələbə qazanan Azərbaycan şahmatçısı Nicat Abasov karyerasında ilk dəfə adını 18 finala yazdırıb. 

Qələbədən sonra N.Abasov turnirin rəsmi saytına açıqlamasında təəssüratlarını bildirib: “Klassik partiyalarda hər iki tərəfdə müəyyən şanslar var idi. Birinci partiyada məğlub ola bilərdim. Rəqib lazımi gedişləri edə bilmədi. İmkanlardan istifadə edərək vəziyyəti düzəltdim və oyun heç-heçə yekunlaşdı. İkinci klassik partiya da bərabərliklə başa çatdığından tay-brekdə oynamalı olduq.

Tay-brekdə Aniş Giri üzərində qələbədən sonra qazandığım ruh yüksəkliyi mənə kömək oldu. Öz oyunumu oynadım. İlk rapid görüşü heç-heçə sona çatdı. İkinci oyunda qara fiqurlarla oynamağıma baxmayaraq düzgün gedişlərlə qələbə qazanmağı bacardım”.

Nicat Abasov tay-brekdən öncəki gün stadiona getməsi barədə danışıb: “Ötən gün ikinci klassik partiyamız bir qədər tez başa çatdı. Axşam vaxt taparaq stadiona getdim. “Qarabağ”- HİK görüşündə Azərbaycan çempionuna dəstək oldum. İkinci hissənin ilk dəqiqələrində hətta azarkeşlərə qoşularaq komandanı irəli səsləyirdim. Ona görə səhər səsimin tutulduğunu hiss etdim. “Qarabağ” və “Sabah”ın avrokuboklardakı qələbələri mənə bir qədər ruh yüksəkliyi verdi”.

Şahmatçımız ona dəstək olan şahmat həvəskarlarına təşəkkür edib: “Mənə görə yarış məkanına gələn bütün insanlara çox sağ ol deyirəm. Bu gün bir nəfər oyunu canlı izləmək üçün Beyləqandan gəldiyini dedi. Belə insanlar bizə əlavə güc verir. Dünya Kubokunda 18 final çox ağır mərhələdi. Bu mərhələdə zəif rəqib olmur. Layiqli çıxışımı davam etdirmək üçün əlimdən gələni edəcəm”.

Qeyd edək ki, Dünya Kubokunun 18 finalında Nicat Abasovun rəqibi Saleh Salem (BƏƏ) olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right