Dörd boksçumuz finala yüksəldi

Belarusda keçirilən II MDB Oyunlarının boks yarışlarında yarımfinal mərhələsinə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, turnirdə Azərbaycan millisinin gənc boksçularından 4-ü finala vəsiqə qazanıb.

Komandamızın heyətində Aynur Mikayılova (54 kq) yarımfinalda Mariya Tsmunu (Belarus) 5:0 (30:26, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, çempionluq döyüşündə özbəkistanlı Uzuklamol Yunusova ilə üz-üzə gələcək.

Mikayılovanın uğurunun oğlan boksçularımız da davam etdirib. Məhəmmədəli Qasımzadə (60 kq) yarımfinalda belaruslu Dmitri Dvarniçenka heç bir şans verməyib. Boksçumuz 5:0 (29:28, 29:28, 30:27, 30:27, 29:28) hesabı ilə qalib gəlib. O, finalda Abdulla Madaminovla (Özbəkistan) qarşılaşacaq.

Ziya Həsənov (71 kq) yarımfinal döyüşünü vaxtından əvvəl başa vurub. Təmsilçimiz üçüncü raundda türkmənistanlı İlham Nazarov üzərində tam üstünlüklə qələbə qazanıb. Həsənov finalda Şavkatjon Boltayevlə (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək.

Fərhad Şeydayev (75 kq) İhlas Baxtiyarovdan (Türkmənistan) güclü olub. Yığma üzvü finala gedən yolda rəqibini 5:0 (29:27, 30:26, 30:26, 30:26, 30:26) məğlub edib. O, həlledici görüşdə Fazliddin Erkinboyevi (Özbəkistan) sınağa çəkəcək.

Onlardan fərqli, Ömər Aslanlı (54 kq), Aslan Quliyev (63,5 kq), Lalə Mədətova (48 kq), Aysu İsmayılova (50 kq), Nərmin Əlizadə (52 kq) və Qızbəs İsgəndər (60 kq) Oyunları bürünc medalla bitiriblər.

Qeyd edək ki, qız boksçuların final döyüşləri avqustun 11-də, oğlanların həlledici görüşləri ertəsi gün olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right