Millimiz Sloveniyanı məğlub etdi

Sloveniyada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi üç yoxlama görüşündə qüvvəsini sınayıb.

Newsport.az-ın məlumatına görə, komanda bu oyunların heç birində məğlub olmayıb.

Əvvəlcə Kamerunla heç-heçə (2:2) edən qadın voleybolçular yerli komanda ilə iki dəfə üz-üzə gəliblər. Azərbaycan millisi müvafiq olaraq 3:1 və 3:2 hesablı qələbə qazanıb. Yığmamız hazırlıq çərçivəsində son sınağında Macarıstan önünə çıxacaq. Komanda Avropa çempionatının qrup mərhələsinin oyunları üçün avqustun 15-də Almaniyanın Düsseldorf şəhərinə gedəcək.

Qeyd edək ki, Almaniya, Belçika, İtaliya və Estoniyanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatının final mərhələsi sentyabrın 3-də yekunlaşacaq. 24 komanda 4 qrupda mübarizə aparacaq. C qrupunda yarışacaq Azərbaycan millisinin rəqibləri ev sahibi Almaniya ilə yanaşı, Türkiyə, Çexiya, İsveç və Yunanıstan olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right