Azərbaycan yığması Litvaya da böyük hesabla uduzdu

Bu gün Bakıda 17 yaşadək həndbolçu qızların Avropa çempionatında qrup mərhələsinin 4-cü turuna start verilib.

Newsport.az-ın məlumatına görə, günün ilk matçında Gürcüstan və Sloveniya komandaları üz-üzə gəliblər.

Görüş daha inamlı oyun nümayiş etdirən Sloveniya millisinin qələbəsi ilə nəticələnib – 30:14.

Lüksemburq – Farer adaları qarşılaşması daha gərgin mübarizə ilə yadda qalıb. İlk hissəsi 14:12 hesabı ilə bitən oyunda qalib müəyyənləşməyib – 24:24.

İspaniya millisi 4-cü turda İsrail kollektivi üzərində asan qələbə qazanıb – 37:15. Litva – Azərbaycan matçı isə 47:14 hesabı ilə başa çatıb.

Sabah Farer adaları – İspaniya, Gürcüstan – Bosniya və Herseqovina, Lüksemburq – Yunanıstan və Sloveniya – Litva görüşləri ilə qrup mərhələsinə yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right