Azərbaycan yığmasının və “Neftçi”nin oyunlarının təqvimi açıqlandı

3×3 basketbol üzrə Azərbaycan millisinin və “Neftçi” klubunun Polşanın Katovitse şəhərində keçiriləcək Dünya Qadın Seriyasının növbəti mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.

Newsport.az-ın məlumatına görə, yığmamız qrupa vəsiqə qazanmaq üçün İsrail və Rumıniya seçmələri ilə təsnifatda üz-üzə gələcək.

“Neftçi” isə B qrupunda Litva və İtaliya milliləri ilə mübarizə aparacaq.

Hər iki komanda ilk oyununu avqustun 14-də keçirəcək. Azərbaycan millisi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq görüşdə İsraillə, “Neftçi” isə 17:05-də start götürəcək matçda İtaliya ilə qarşılaşacaq.

Bu mərhələlərin oyunları 14-15 avqustda gerçəkləşəcək. Qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right