Azərbaycan millisindən Avropa çempionatında daha 4 medal

Azərbaycan paracüdo millisi Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında daha 4 medal qazanıb.

Newsport.az xəbər verir ki, qadın cüdoçuların yarışında Xanım Hüseynova (70 kq) çempion olub.

Dürsədəf Kərimova (+70 kq) gümüş mükafata yiyələnib. Xatirə İsmiyeva (+70 kq) isə bürünc medalla kifayətlənib.

İsmayıl Muradov (60 kq) da AÇ-ni bürünc medalla başa vurub.

Xatırladaq ki, ötən gün Azərbaycanın digər paracüdoçuları Şəhanə Hacıyeva (48 kq) qitə birinciliyinin qalibi olub, Namiq Abaslı (73 kq) isə gümüş medal qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right