AVF-nin əməkdaşı beynəlxalq turnirə təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) əməkdaşı Valeriya Romanoviç Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən keçirilən çimərlik voleybolu üzər Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) Kartvela kubokuna təyinat alıb.

AVF-dən Newsport.az-a verilən məlumata görə, çimərlik voleybolu üzrə millinin meneceri Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunacaq yarışda supervayzer kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, 3-6 avqustda gerçəkləşəcək beynəlxalq turnirdə Azərbaycan həm qadın, həm də kişi voleybolçularla təmsil olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right