Azərbaycan üzgüçüsü növbəti dəfə DÇ-də finalına yüksəldi

Azərbaycan para-üzgüçüsü Roman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında növbəti dəfə finala yüksəlib.

Newsport.az xəbər verir ki, üçqat paralimpiya çempionu 50 metr məsafəyə sərbəst üzməkdə 24.78 saniyə nəticə göstərib.

Final yarışı bu gün, Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Qeyd edək ki, Roman Saley dünya çempionatında 100 metr məsafəyə arxasıüstə üzməkdə gümüş, eyni məsafəni butterflyay üsulu ilə üzməkdə isə bürünc medal qazanıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right