İdmançımız Çində rekorda imza atdı

Azərbaycanın qadın atleti Lamiyə Vəliyeva Çinin Çendu şəhərində keçirilən 31-ci Ümumdünya Yay Universiadasında yarımfinala yüksəlib.

Newsport.az-ın məlumatına görə, idmançımız 400 metr məsafəni 55.48 saniyəyə qət edib. Vəliyeva bununla həm böyüklər, həm də 23 yaşadək qadınlar arasında Azərbaycan rekordunu da yeniləyib.

Fəxriyyə Tağızadə isə uzunluğa tullanma üzrə yarışda 5.78 metr nəticə ilə mübarizəni təsnifat mərhələsində dayandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right