Millimizin üzvü: "İnanıram ki, Avropa çempionatında uğurlu çıxış edəcəyik"

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Mariya Kirilyuk açıqlama verib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə danışan 28 yaşlı blokçu Avropa çempionatında uğurlu çıxış edəcəklərinə inandığını bildirib:

"Hazırda Avropa çempionatına hazırlığımız yüksək səviyyədə davam edir. Komandamızın baş məşqçisinin müəyyən etdiyi taktikalar üzərində çalışırıq, tapşırıqlarını ciddi səylə yerinə yetiririk. Komandamızda yüksək əhval-ruhiyyə var. Çox şükür mənim də səhhətimdə heç bir problem yoxdur. Məşqlərə başladığımız gündən öz formamı yığmağa çalışdım və deyə bilərəm ki, yarışa tam hazıram.

Bir neçə gündür ki, Bosniya və Herseqovinadakı təlim-məşq toplanışını başa vurub Bakıya qayıtmışıq. Qarşıda Belarusla yoxlama oyunlarımız olacaq. Yoxlama oyunları zamanı çatışmazlıqları daha aydın görəcək və onları aradan qaldırmağa çalışacağıq. Avropa çempionatına çox az vaxt qalıb. İnanıram ki, çempionatda uğurlu çıxış edəcək və qarşımızda qoyulan məqsədlərə çatacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right