3x3 basketbolu üzrə Azərbaycan millisinin və “Neftçi”nin oyunlarının təqvimi müəyyənləşib

3x3 basketbolu üzrə Azərbaycan millisinin və “Neftçi” klubunun Dünya Qadın Seriyasının növbəti mərhələsində keçirəcəkləri oyunların təqvimi müəyyənləşib.

Newsport.az xəbər verir ki, yığma Çexiyanın paytaxtı Praqada təşkil olunacaq yarışda qrupa vəsiqə qazanmaq üçün İsveçrə və Çili ilə təsnifat matçlarında üz-üzə gələcək.

“Neftçi” isə C qrupunda Litva və Latviya milliləri ilə mübarizə aparacaq.

Azərbaycan millisi ilk təsnifat oyununu avqustun 4-də, Bakı vaxtı ilə saat 13:00-da İsveçrəyə, “Neftçi” isə qrupdakı birinci qarşılaşmasını həmin gün, Bakı vaxtı ilə saat 15:40-da Latviyaya qarşı keçirəcək.

Qeyd edək ki, 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi 4-5 avqust tarixlərində 14 komandanın iştirakı ilə keçiriləcək. Qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right