Yığmamız Kiprə məğlub oldu

18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan Avropa çempionatının C divizionunda növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, yığmamız A qrupundakı ikinci matçında Kipr seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 78:48 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisinin qrupdakı sonuncu görüşü Moldovaya qarşı olacaq. Avqustun 3-də keçiriləcək oyun saat 20:00-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right