Tofiq Musayevdən sonra Vüqar Kərəmov da qələbə qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüləri növbəti uğura imza atıblar.

Newsport.az-ın məlumatına görə, təmsilçilərimiz Tofiq Musayev və Vüqar Kərəmov "Bellator" və "Rizin"in birlikdə təşkil etdiyi "Super Rizin 2" turnirində kəmər döyüşünə çıxıblar.

Hər iki döyüşçümüz Yaponiyada baş tutan turnirdə rəqibinə qalib gəlib. Tofiq yerli idmançı Akira Okada ilə üz-üzə gəlib. O, döyüşün ikinci raundunda rəqibini nokauta salıb.

Vüqar yaponiyalı Mikuri Asakura ilə qarşılaşıb. İdmançımız 1-ci raundda boğucu fəndlə qələbə qazanıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right