Azərbaycanın basketbol yığması Avropa çempionatının finalında

Kosovonun paytaxtı Priştina şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin yarımfinal  oyunu keçirilib.

Newsport.az-ın məlumatına görə, yarımfinalda U-16 millimiz Andorra yığmasını 87-64 hesabı ilə darmadağın edərək Avropa çempionatı "C" divizionunun finalına vəsiqə qazanıb.

Finalda millimizin rəqibi Kipr - Kosovo cütünün qalibi olacaq. Bu gün keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00 -da başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right