Azərbaycan millisinin badmintonçusu Almaniya klubuna keçib

Azərbaycan millisinin badmintonçusu Eddi Reski Dviçao karyerasını Almaniyada davam etdirəcək.

Newsport.az "Wn.de" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı oyunçu "Union lüdinghausen"ə keçib.

Əslən İndoneziyadan olan badmintonçu ictimaiyyətə təqdim olunub.

Qeyd edək ki, Eddi Reski Dviçao 2017-ci ildən Azərbaycan yığmasında çıxış edir. O, 2021-ci ildə Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunlarında mübarizə aparıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right