Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatına 1260 idmançı qeydiyyatdan keçib

Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatı üçün 104 ölkədən 1260 idmançı qeydiyyatdan keçib.

Newsport.az-ın məlumatına görə, bu barədə Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov mətbuat konfransında bildirib.

O, idmançıların 55 növdə medallar uğrunda mübarizə aparacaqlarını bildirib: “Onlardan 12-si fərdi növdə olacaq. Hər fərdi növdə 4 atıcı Parisdəki Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq”.

Qeyd edək ki, dünya çempionatı 14 avqust - 1 sentyabrda gerçəkləşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right