AÇ: Azərbaycan millisi finala yüksəldi

Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunda Azərbaycan millisi Gürcüstan yığmasına qarşı yarımfinal oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycanın U-16 qız yığması yarımfinal oyununda hesabda geri düşməsinə baxmayaraq, sonuncu dövrədə geridönüş edərək yekunda Gürcüstan millisinə 74:72 hesabı ilə qalib gəlib.

Bununla da bütün oyunları qalib tamamlayan U-16 millimiz Avropa çempionatının finalına vəsiqə qazanıb. Finalda millinin rəqibi Andorra seçməsi olacaq.

Oyun bu gün Bakı vaxtı ilə saat 21:30-da baş tutacaq və FIBA-nın rəsmi “Youtube” hesabından canlı yayımlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right