Azərbaycan stolüstü tennisçisi Avropanın ilk səkkizliyində

İstedadlı idmançımız Mərziyyə Nurmətova yeniyetmə və gənc stolüstü tennisçilərin Polşanin Qlivitse şəhərində keçirilən Avropa birinciliyində ilk səkkizlikdə yer alıb.

Newsport.az-ın məlumatına görə, 15 yaşlı idmançı yarışın 1/32 final mərhələsində Niderland təmsilçisinə 4:3, 1/16 finalda Yunanıstan idmancısına 4:2, 1/8 finalda ukraynalı rəqibinə 4:1 hesabı ilə qalib gəlib. 1/4 finalda İspaniya idmançısına 1:4 hesabi ilə uduzan Mərziyyə Nurmətova qitə birinciliyini ilk səkkizlikdə başa vurub.

Qeyd edək ki, bu, müstəqillik dönəmində azərbaycanlı stolüstü tennisçilərin Avropa birinciliyində göstərdiyi ən yaxşı nəticədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right