Dünya Qadın Seriyası: "Neftçi" Fransada mübarizəyə başlayır

Bu gün 3x3 basketbol üzrə "Neftçi" komandası Dünya Qadın Seriyasının Fransanın Bordo şəhərindəki mərhələsində mübarizəyə başlayır.

Newsport.az-ın məlumatına görə, "ağ-qaralar" C qrupunda ilk olaraq Fransa millisi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:35-də başlayacaq.

Paytaxt təmsilçisi ikinci görüşündə Polşa seçməsini sınağa çəkəcək. Bu oyun saat 23:20-də start götürəcək.

Qruplarda ilk iki yeri tutan komandalar 1/4 final mərhələsinə vəsiqə qazanacaq.

Qeyd edək ki, "Neftçi" daha əvvəl Şuşa və Netanya (İsrail) mərhələlərində qalib olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right