Azərbaycan cüdoçuları üçün seminar keçirilib

Azərbaycanın cüdo üzrə milli komandaları üçün düzgün qidalanma qaydaları mövzusunda maarifləndirici seminar keçirilib.

Federasiyadan Newsport.az-a verilən məlumata görə, tədbirdə böyüklərdən, gənclərdən, yeniyetmələrdən və qadınlardan ibarət yığmaların üzvləri ilə yanaşı, onların məşqçiləri və tibbi heyəti də iştirak edib.

Seminarlar İsrailin Vinqeyt Bədən Tərbiyəsi və İdman İnstitutunun mütəxəssisi, Beynəlxalq Olimpiya Komitəsinin idman qidalanması üzrə diplom proqramının məzunu, 2010-cu ildən etibarən sertifikatlaşdırılmış peşəkar dietoloq kimi fəaliyyət göstərən Ameli Rossenu tərəfindən aparılıb.

Burada idmançılara müsbət və mənfi təsir göstərə bilən qidalar və onları qəbul etmə qaydaları barədə ətraflı məlumat verilib. Dieotoloq çəki salma və digər narahatlıq yarada biləcək problemlərin düzgün həll olunmasından danışıb.

Təlimlərdə qidalanma planının düzgün hazırlanması, məşqlər və yarışlar zamanı hansı qidalardan istifadə olunması və digər mövzular müzakirə olunub.

Seminar zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara əlavə məsləhətlər verilib.

Qeyd edək ki, A.Rossenu peşəkar cüdoçu olub və karyerası ərzində 23 yaşadək idmançılar arasında Avropa çempionatında qızıl medal əldə edib, həmçinin, Böyük Dəbilqə və Qran Pri yarışlarında medallar qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right