"Neftçi"nin Fransadakı rəqibləri bəlli oldu

19-20 iyul tarixlərində Fransanın Bordo şəhərində 14 komandanın iştirakı ilə 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi baş tutacaq.

Newsport.az-ın məlumatına görə, Bordo mərhələsində iştirak edəcək təmsilçimiz “Neftçi” “C” qrupunda Fransa və Polşa milliləri ilə mübarizə aparacaq.

“Neftçi” klubu qrupda ilk oyununu 19 iyul Bakı vaxtı ilə saat 21:35 -də Fransa seçməsinə qarşı keçirəcəkdir.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right