Azərbaycanın voleybol millisinin Universiada üçün heyəti açıqlanıb

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Çinin Çendu şəhərində keçiriləcək XXXI Ümumdünya Yay Universiadası üçün heyəti açıqlanıb.

Federasiyadan Newsport.az-a verilən məlumata görə, baş məşqçi Fərid Cəlalov yığmaya 12 oyunçu dəvət edib.

Hücumçular: Yusif Bunyatov, Aqil Ağazadə, Ruslan Əliyev, Cavid Əzimov, Sənan Dünyamalıyev
Blokçular: Əli Rüstəmov, Fərda Dəryayev, Yeqor Nikulenko, Ramazan Ağabəyov
Oyunqurucu: Roman Qurski
Liberolar: Rəşad Əliyev, Fərhat Cenkel
Baş məşqçi: Fərid Cəlalov

Qeyd edək ki, Universiada 28 iyul - 8 avqustda təşkil olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right