Dünya Qadın Seriyası: Azərbaycan millisi və "Neftçi" komandası mübarizəyə başlayır

3x3 basketbol üzrə Azərbaycan millisi və “Neftçi” Dünya Qadın Seriyasının Kosovanın paytaxtı Priştinadakı mərhələsində bu gün mübarizəyə başlayır.

Newsport.az xəbər verir ki, yığma B qrupunda ilk matçını ABŞ seçməsinə qarşı keçirəcək.

Komanda daha sonra Macarıstanın "Qyor" kollektivi ilə üz-üzə gələcək.

"Neftçi" isə D qrupunda ilk olaraq Niderland millisi ilə görüşək. "Ağ-qaralar" ikinci oyununu meydan sahiblərinə qarşı keçirəcək.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutanlar 1/4 finala vəsiqə qazanacaqlar. "Neftçi" daha əvvəl Şuşa və Netanya (İsrail) mərhələlərində qalib olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right