Klub tarixinin ikinci ən bahalı transferi

İngiltərənin "Aston Villa" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Vilyarreal"dan Pau Torresi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Birminhem klubu 26 yaşlı müdafiəçi üçün "Vilyarreal"a 33 milyon funt-sterlinq ödəyəcək. Bu, klub tarixinin ikinci böyük məbləğli transferidir. Rekord isə 2021-ci ildə "Norviç"dən "Aston Villa"ya keçən Emiliano Buendiadadır. Həmin vaxt yarımmüdafiəçi üçün 38 milyon funt-sterlinq ödənilib.

Qeyd edək ki, “Vilyarreal”ın yetirməsi olan Torresu bu komandada keçirdiyi 173 oyunda 12 qol vurub. O, İspaniya yığmasında da 23 oyuna çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right