Azərbaycanın iki güləşçisi reytinq turnirində mübarizəyə başlayır

Azərbaycanın iki sərbəst güləşçisi bu gün Macarıstanın paytaxtı Budapeştdə start götürəcək reytinq turnirində mübarizəyə başlayacaq.

Newsport.az-ın məlumatına görə, 86 kq çəki dərəcəsində çıxış edən Abubakr Abakarov 1/8 final mərhələsində Uri Kalaşnikov (İsrail) - Benyamin Greil (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək.

97 kq-dakı Maqomedxan Maqomedov eyni raundda Vladislav Baytsayevin (Macarıstan) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, reytinq turniri iyulun 16-da başa çatacaq. Yarışda Azərbaycanın yunan-Roma güləşçiləri də qüvvələrini sınayacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right