İdmançımız Paris-2024-ə vəsiqə qazandı

Daha bir idmançımız Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandasının üzvü Lamiyə Vəliyeva Fransanın paytaxtı Paris şəhərində keçirilən dünya çempionatında 100 m qaçışda 11.99 nəticə göstərərək dünya çempionatının qızıl medalını və Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Qeyd edək ki, dünən nüvə itələmə növündə milli komandanın üzvü Oloxan Musayev Yay Paralimpiya Oyunlarına lisenziya əldə etmişdir. Artıq 2 idmançımız Paris 2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right