Azərbaycanın voleybol üzrə beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyasından (CEV) növbəti dəfə təyinat alıb.
Newsport.az-ın məlumatına görə, o, Serbiya və Macarıstanda 17 yaşadək qızlar arasında keçiriləcək Avropa çempionatımın final mərhələsinin oyunlarını idarə edəcək.
11-23 iyul tarixlərində baş tutacaq qitə birinciliyində 16 komanda mübarizə aparacaq. I qrupun oyunları Serbiyanın Vrnjaçka Banja şəhərində, II qrupun oyunları isə Macarıstanın Bekescsaba şəhərində olacaq.
CEV-in təyinatına əsasən Zaur Hacıyev II qrupun oyunlarında ədaləti qoruyacaq. Bu qrupda meydan sahibləri ilə yanaşı, Belçika, Fransa, Almaniya, Yunanıstan, Rumıniya, Sloveniya və Türkiyə yer alıb. I qrupda isə Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, İtaliya, Polşa, Serbiya və Niderland mübarizə aparacaq.
Birincilikdə yarımfinallar iyulun 22-də baş tutacaq. Bir gün sonra çempion bəlli olacaq.