“Azarkeşlərin mənə qarşı olması işimə yarayır”

Dünyanın ən titullu tennisçisi Novak Cokoviç azarkeşlərin əksər vaxtlarda ona qarşı olduqları barədə danışıb:

“Onlar mənə yardım edirlər. Nə qədər çox əleyhimə azarkeş edirlər, bir o qədər güclü oynayıram. Bu hərəkətləri ilə özləri də istəmədən məndə qalib ruhu yaradırlar.

Əlbəttə ki, tribunaların böyük hissəsinin səni dəstəkləməsini istəyirsən. Düşmən atmosferdə oynamaq mənə xoş deyil. Ancaq elə alınıb ki, oyunların əksəriyyətində rəqibimi daha çox dəstəkləyirlər. Bu, mənim taleyimdir, barışmalıyam. Bəzi hallarda azarkeşlərdən aqressiv reaksiya da görürəm. Buna cavab verirəm. Dəfələrlə vermişəm də. Onlara ən yaxşı cavab qələbə qazanmağımdır”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right