Dünya Qadın Seriyası: "Neftçi" növbəti mərhələdə mübarizəyə başlayır

"Neftçi" komandası 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının İsveçrənin Friburq şəhərində keçiriləcək növbəti mərhələsində bu gün mübarizəyə başlayacaq.

Newsport.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi ilk oyununu Kanada yığmasına qarşı keçirəcək.

Görüş Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.

Qeyd edək ki, A qrupunda Malayziya seçməsi də yer alıb. 16 kollektivin yer aldığı turnirdə qruplarda ilk iki yeri tutanlar 1/4 finala vəsiqə qazanacaqlar. Yarışda, həmçinin, Fransa, Çin, Yaponiya, İtaliya, Portuqaliya, İsveçrə, Ukrayna, Yeni Zelandiya, İsrail, Latviya milliləri, Çinin "Yuanda", Macarıstanın "Dyor" və İsveçrənin "Friburq" klubları da iştirak edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right