Azərbaycanın 2 güləşçisi Avropa çempionatının yarımfinala yüksəlib

Azərbaycanın iki sərbəst güləşçisi İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında yarımfinala yüksəlib.

Newsport.az-ın məlumatına görə, 57 kq-da Ruslan Abdullayev, 70 kq-da isə Cavidan Əhmədov finala vəsiqə uğrunda mübarizə aparacaqlar. Onlar müvafiq olaraq, türkiyəli Tolqa Özbek və İbrahim Yaprakla qarşılaşacaqlar.

Bu gün xalça üzərinə çıxan digər sərbəst güləşçilərdən 65 kq-da Ramik Heybətov ermənistanlı Andranik Avetisyana, 79 kq-da Sadiq Mustafazadə gürcüstanlı Otari Adeişviliyə, 97 kq-da isə Zəfər Əliyev ukraynalı İvan Primaçenkoya uduzub. Rəqibləri finala adlasalar, Azərbaycan təmsilçiləri təsəlliverici görüşlərdə iştirak hüququ qazanacaqlar.

Daha əvvəl yunan-Roma güləşçiləri Elmir Əliyevlə (55 kq) Ruslan Nurullayev (72 kq) qızıl, Davud Məmmədov (77 kq) və Məzaim Mərdanov (130 kq) gümüş, Məraim Muatafayevlə (63 kq) Kənan Abdullazadə (67 kq) isə bürünc medal qazanıblar. Yığma komanda hesabında Avropa çempionu olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right