Avropa Oyunları: Azərbaycan millisi 1/4 finala çıxıb

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Polşada keçirilən 3-cü Avropa Oyunlarında 1/8 final görüşünə çıxıb.

Newsport.az-ın məlumatına görə, Anna Başta, Palina Kaspiaroviç, Valeriya Bolşakova və Səbinə Kərimovadan ibarət kollektiv ən güclü “8-liy”ə yüksəlmək uğrunda qarşılaşmada Rumıniya yığması ilə üz-üzə gəlib.

Gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə 45:42 hesablı qələbə qazanan Azərbaycan 1/4 finala vəsiqə əldə edib.

Milli komanda yarımfinala gedən yolda İtaliya seçmə kollektivi ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right