Ağır cəza almış dünya çempionu kənddə intihar etdi

Qazaxıstanlı ağır atlet Vladimir Sedov intihar edib.

Newsport.az-ın məlumatına görə, 35 yaşlı idmançının meyiti Karatal rayonunun Dostıq kəndində tapılıb.

Sedov 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarının iştirakçısı və 2009-cu ildə dünya çempionu olub.

Beynəlxalq Ağır Atletika Federasiyası 2008-ci il Pekin Oyunlarında Sedovdan iki dopinq aşkar etmişdi.

Buna görə 2008-2016-cı illər arasında idmançının bütün ağır atlet titullarını ləğv edilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right