Azərbaycan yığması Avropa çempionu oldu

25 iyunda Portuqaliyanın Odivelas şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatının qarışıq komanda yarışlarında Azərbaycan cüdoçuları qızıl medal qazanıblar.

Newsport.az-ın məlumatına görə, bu Avropa çempionatlarının komanda yarışlarında qazandığımız ilk qızıl medal kimi tarixə düşüb.

Azərbaycan komandası ilk görüşdə Niderland yığmasını 4:1 hesabı ilə, ikinci görüşdə Almaniya yığmasını 4:2 hesabı ilə, yarımfinalda isə İtaliya yığmasını 4:2 hesabı ilə məğlub edib. Cüdoçularımızın final görüşündə rəqibi Fransa komandası olub. İdmançılarımız Fransa yığmasına 4:3 hesabı ilə qalib gələrək yarışın qızıl medallarını və kubokunu qazanıblar.

Millimiz fərdi yarışlarda 6 qızıl və 3 bürünc medal olmaqla 9 medal qazanıb və medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri, qızlar arasında isə 4-cü yeri tutub.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right