Azərbaycan taekvondoçuları Avropa Oyunlarını 2 medalla başa vurdular

Bu gün Azərbaycanın daha bir taekvondoçusu – Taleh Süleymanov da Polşada keçirilən 3-cü Avropa Oyunlarında mübarizəyə başlayıb.

Newsport.az-ın məlumatına görə, 87 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Aleksander Baxmanla (Almaniya) üz-üzə gəlib.

Qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə bitib. Baçman finala vəsiqə qazana bilmədiyi üçün Azərbaycan təmsilçisi təsəlliverici görüşlərə qatılmaq şansını da itirib.

Bununla da Azərbaycan taekvondoçuları üçün Avropa Oyunları başa çatıb.

Xatırladaq ki, taekvondoçulardan Səyyad Dadaşov (54 kq) Polşada gümüş, Qaşım Maqomedov (58 kq) isə bürünc mükafat qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right