Muay-tay üzrə Azərbaycan millisi Polşada təşkil olunan III Avropa Oyunlarında 3 medalı təmin edib.
Newsport.az-ın məlumatına görə, qadın idmançı Emili Rzayeva yarımfinala vəsiqə qazanıb. Onun 63,5 kq çəki dərəcəsində 1/4 final mərhələsindəki rəqibi Nora Kornelli (Fransa) çəkiyə gəlmədiyi üçün E.Rzayeva qalib elan olunub.
57 kq çəki dərəcəsində çıxış edən Aysu Devrişova 1/4 final mərhələsində xorvatiyalı Zelyana Pitesa üzərində 30:26 hesablı qələbə qazanıb. O, iyunun 26-da yarımfinal görüşünə çıxacaq.
Kişilərdən Xəyal Əliyev (67 kq) Əliyev 1/4 final mərhələsində Giorgi Kleynə (Gürcüstan) qalib gəlib və yarımfinala adlayıb.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl 2 qızıl, 1 gümüş və 2 bürünc əldə edib.