“Böyük Dəbilqə”: Nəcəfov “bürünc” uğrunda görüşə çıxacaq

Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən “Böyük Dəbilqə”də bürünc medal uğrunda görüşə çıxacaq.

Newsport.az-ın məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən idmançı təsəlliverici qarşılaşmada fransalı Maksim Qobertə qalib gəlib.

Onun növbəti rəqibi Birləşmiş Ərəb Əmirliklərindən Narmandax Bayanmunx olacaq.

Eyni çəkidəki Kəramət Hüseynov, qadınlardan Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq) və Aydan Vəliyeva (52 kq) medal şanslarını əvvəlki raundlarda itiriblər.

“Böyük Dəbilqə” iyunun 25-də başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right