Avropa Oyunları: Azərbaycanın 4 taekvondoçusunun rəqibi bəlli oldu

Krakovda keçirilən üçüncü Avropa Oyunlarında taekvondo yarışlarının ilk gününün püşkü atılıb.

Newsport.az-ın məlumatına görə, püşkə əsasən multi-idman turnirində Azərbaycan millisinin 4 idmançısının da ilk rəqibləri müəyyənləşib.

Təmsilçilərimizin hər biri yarışa 1/8 final mərhələsindən qoşulacaq.
54 kq-da Səyyad Dadaşov almaniyalı Xalid Abdel Halimlə üz-üzə gələcək. Qaşım Maqomedov (58 kq) startda Aymen Açnineni (Niderland) sınağa çəkəcək.

46 kq çəkidə Minayə Əkbərova debütdə Sofiya Zampetti (İtaliya) ilə qüvvəsini sınayacaq. Patimat Abakarova (49 kq) isə ilk görüşünü Sufarada Kisskalta (Almaniya) qarşı keçirəcək.

Azərbaycan millisi Avropa Oyunlarında 8 taekvondoçu ilə təmsil olunur. Krakov-2023-də iyunun 23-26-da 43 ölkədən 256 idmançı 16 çəkidə mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right