AÇ: İlk gündə Azərbaycan himni 4 dəfə səsləndi

Bu gün Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan cüdoçuları 4 qızıl və 1 bürünc medal əldə edib.

Newsport.az-ın məlumatına görə, turnirin ilk günündə 6 çəki dərəcəsində 8 cüdoçumuz medallar uğrunda mübarizə aparıblar.

Oğlanlar arasında -50 kq çəkidə Məhəmməd Məmişov, -55 kq çəkidə Mirxaliq İskəndərov, -60 kq çəkidə Məhəmməd Musayev, qızlar arasında isə -48 kq çəkidə Vüsalə Hacıyeva bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Oğlanlar arasında Əhməd Rüstəmov (-50 kq) çempionatın bürünc medalını qazanıb.

Nigar Məmişova (-40 kq) isə 7-ci yerlə kifayətlənib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right