Avropa Oyunlarında Azərbaycanın ilk qızıl medalı

Azərbaycan karateçisi Tural Ağalarzadə Polşada keçirilən 3-cü Avropa Oyunlarında qızıl medal qazanıb.

Newsport.az-ın məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən idmançı finalda yunanıstanlı Dionisios Ksenosdan üstün olub.

Hakimlər rəqibə hansoku (diskvalifikasiya cəzası), Ağalarzadəyə isə qələbə veriblər.

Xatırladaq ki, azərbaycanlı idmançı finala gedən yolda da polşalı Miloş Sabyetskini sınağa çəkmiş və rəqibinə 4:3 hesabı ilə qalib gəlmişdi.

Bu, Azərbaycan idmançılarının Avropa Oyunlarında əldə etdiyi ilk medaldır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right