Millimiz Bolqarıstana gedəcək

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bolqarıstanda yoldaşlıq görüşü keçirəcək.

Newsport.az-ın məlumatına görə, bunu yığmanın baş məşqçisi Ataman Güneyligil Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətində açıqlamasında deyib:

"Hazırlıqlara ilk olaraq fitneslə başladıq, sonra fiziki məşqlərə keçdik. İndi toplarla məşqlərə start vermişik. Növbəti həftədən daha ciddi rejimdə, gün ərzində 6-7 saat məşq etməyi nəzərdə tuturuq. Bu müddətdə həm fiziki, həm də toplarla məşq edəcəyik, həmçinin müxtəlif taktikalar üzrə də işləyəcəyik. Komandanın əksər oyunçuları hazırda Bakıdadır. Bir neçə voleybolçu qalıb ki, onlar da yaxın günlərdə komandaya qoşulacaqlar.

Bildiyiniz kimi təlim-məşq toplanışının birinci mərhələsini Bakıda keçirik. Növbəti etapda Bolqarıstana yollanıb məşqlərimizə orada davam etməyi planlaşdırırıq. Bir neçə yoldaşlıq oyunları da nəzərdə tutulur".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right