Azərbaycan millisinin biri finala, digəri 1/4 finala vəsiqə qazandı

3×3 basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığması Avropa Kubokunun seçmə mərhələsində sonuncu qrup oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, əlavə vaxta gedən oyunun yekununda Lüksemburq seçməsinə 14-16 hesabı ilə məğlub olan millimiz, qrupda 3-cü pilləni tutaraq 1/4 finala yüksəlib.

Bu mərhələdə millimiz İrlandiya komandası ilə üz-üzə gələcək. Cütün qalibi yarımfinalda Lüksemburq yığması ilə qarşılaşacaq.

Qadınlardən ibarət milli komandamız isə seçmə mərhələnin yarımfinal oyununda Malta komandası üzərində 11:10 hesablı qələbə qazanaraq finala vəsiqə qazanıb.

Finalda onların rəqibi, İrlandiya – Lüksemburq cütünün qalibi olacaq. Final oyunu Bakı vaxtı ilə saat 19:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right