Ermənistan millisi Bakıya gəlir

Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatında Ermənistan yığması da iştirak etmək istəyir.

Newsport.az-ın məlumatına görə, bu barədə sözügedən ölkənin yığmasının baş məşqçisi Seyran Nikoqosyan danışıb. O bildirib ki, artıq bununla bağlı məktub ünvanlayıblar və cavab gözləyirlər: “Heyətimizə 15 nəfəri daxil edəcəyik”.

Qeyd edək ki, atıcılıq üzrə dünya çempionatı avqustun 14-dən sentyabrın 3-dək keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right