Avropa çempionatı: Daşdəmirov qızıl, Seyidəlili bürünc medal qazandı

Azərbaycanın daha iki yunan-Roma güləşçisi Tiranada keçirilən U-17 Avropa çempionatında medal qazanıblar.

Newsport.az-ın məlumatına görə, 45 kq çəki dərəcəsində mübarizə aparan Turan Daşdəmirov finalda Rustem Abatsiyevlə (Rusiya) qarşılaşıb. Rəqibinə 7:4 hesabı ilə qalib gələn Daşdəmirov Avropa çempionu olub.

 51 kq-da çıxış edən  Əli Seyidəlili  3-cü yer uğrunda görüşdə belaruslu Maksim Zaxarova 3:1 hesabı ilə qalib gəlib və bürünc medal qazanıb.

Qadın güləşçilərdən isə Ruzanna Məmmədova (57 kq) yarımfinalda Suzanna Horbiki (Polşa) 5:1 hesabı ilə məğlub edib. O, iyunun 15-də finalda macarıstanlı Sofi Ritterlə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Elnar Ziyadov (48 kq), Ayxan Cavadov (55 kq) Elmin Əliyev (80 kq) və Mahir Qurbanlı (110 kq) turnirdə bürünc medala yiyələniblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right