Millimizin baş məşqçisi Atatürklə bağlı paylaşımlara görə istefaya göndərildi

Azərbaycanın qadınlardan ibarət voleybol üzrə milli komandasının baş məşqçisi Ataman Güneyligil PAOK-dan istefaya göndərilib.

Newsport.az-ın məlumatına görə, Yunanıstan klubu türk mütəxəssislə yollarını azarkeşlərin təzyiqinə görə ayırıb. Buna səbəb 42 yaşlı məşqçinin “Instagram” hesabından Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə bağlı paylaşımlar etməsi olub.

Qeyd edək ki, Ataman Güneyligil bir neçə gün öncə PAOK-un baş məşqçisi təyin olunmuşdu. Azərbaycan Voleybol Federasiyası türk mütəxəssislə üç aylıq müqavilə imzalayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right