“Neftçi” Şuşadakı basketbol turnirinin qalibi oldu

3×3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinə yekun vurulub.

Newsport.az xəbər verir ki, finalda Azərbaycanın “Neftçi” komandası ilə Niderland millisi üz-üzə gəlib.

Rəqibini 20:12 hesabı ilə məğlub edən “Neftçi” çempion olub.

Xatırladaq ki, Niderland yığması yarımfinalda Almaniya millisinə 21:10 hesabı ilə qalib gələrək finala çıxmışdı. “Neftçi” isə yarımfinalda Macarıstan millisinə 15:14 hesabı ilə qalib gələn həlledici qarşılaşmaya vəsiqə qazanmışdı.

“Neftçi” bir gün öncə baş tutan qrup mərhələsində də bütün oyunlarından qalib ayrılmışdı. Azərbaycan milli komandası isə keçirdiyi oyunları məğlubiyyətlə başa vurduğu üçün qrupda qalmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right