Makqreqor maskotu xəstəxanalıq etdi

MBA-nın finalında - "Mayami" - "Denver" görüşünün fasiləsində xoşagəlməz anlar yaşanıb.

Newsport.az xəbər verir ki, irlandiyalı MMA döyüşçüsü Konor Makqreqor fasilə zamanı bir ağrıkəsici sprey reklamı üçün meydana çıxıb. Bu vaxt o, "Mayami"nin maskotuna 2 dəfə yumruq vurub. Maskot yerə yıxılıb. 

Maraqlıdır ki, maskot qızılı boks əlcəkləri geyinib və bu qalmaqal öncədən planlanıb. Lakin Makqreqorun yumruğu gözlənildiyindən daha bərk olub. Maskot "Mayami"nn əyləncə komandası tərəfindən meydandan çıxarılıb. O, xəstəxanaya aparılıb. 

Basketbol görüşü "Denver"in 94:89 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right