Faiq Qarayev: "Ölkə voleybolunda yeni nailiyyətlər haqqında düşünürük"

"Artıq ölkə voleybolunda yeni nailiyyətlər haqqında düşünürük".

Newsport.az-ın məlumatına görə, bunu Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev yeniyetmə və gənc qızlardan ibarət millinin yeni baş məşqçisi Şahin Çatmanın təyinatı ilə bağlı təşkil olunmuş mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis keçmişdəki uğurların tarixdə qaldığını söyləyib: "1990-cı illərin əvvəllərindən Şahin Çatmanı tanıyıram. O, çox çalışqan insandır. Türkiyədə də bərabər işləmişik. Çatmanın Azərbaycana gəlməyinə sevinirəm, ona uğurlar arzulayıram və təyinatı münasibəti ilə təbrik edirəm. Bizim məqsədimiz birdir: yeni nailiyyətlər əldə etmək".

Qarayev Şahin Çatmanın 3 ildən sonra nəticə verəcəyinə inandığını vurğulayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right