Voleybol millisinin baş məşqçisi: "Artıq məni Azərbaycan vətəndaşı da hesab edə bilərsiniz"

"Artıq məni Azərbaycan vətəndaşı da hesab edə bilərsiniz. Çox danışmaq istəmirəm. Çünki nəticələrimi göstərmək istəyirəm".

Newsport.az-ın məlumatına görə, bunu Azərbaycanın voleybol üzrə yeniyetmə və gənc qızlardan ibarət milli komandalarının yeni baş məşqçisi Şahin Çatma mətbuat konfransında deyib.

Mütəxəssis Azərbaycan voleybolunun daha əvvəl yaxşı nailiyyətlər əldə etdiyini söyləyib: "Mən kiminsə yerini doldurmaq üçün gəlməmişəm. Fərq yaratmaq üçün buradayam. Birlikdə çox gözəl işlər görəcəyik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right