Dünya çempionatı: Azərbaycanın daha bir taekvondoçusu medal qazana bilməyib

Bu gün Azərbaycanın daha bir taekvondoçusu Bakıda keçirilən dünya çempionatını medalsız başa vurub.

Newsport.az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində Xanoğlan Kərimov 1/64 final mərhələsində portuqaliyalı Alfredo Martinslə dueldən qalib ayrılıb.

İdmançı növbəti raundda Zakariya Muhammed Qalini (Səudiyyə Ərəbistanı) məğlub edib. Kərimov 1/16 finalda Tobias Hittelə (Danimarka) uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də yekunlaşacaq. Daha əvvəl Azərbaycanın 6 taekvondoçusu mundialı medalsız bitirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right