Ulduz futbolçu Türkiyədə nazir təyin oluna bilər

Almaniya milli komandasının sabiq üzvü Mesut Özil nazir vəzifəsinə təyin oluna bilər.

Newsport.az-ın məlumatına görə, bu barədə "Bild" nəşri məlumat yayıb. 34 yaşlı veteran yarımmüdafiəçinin Türkiyədə gənclər və idman naziri təyin olunacağı iddia olunur.

Qeyd edək ki, Mesut Özil karyerası ərzində "Şalke", "Verder", "Real" "Arsenal", "Fənərbaxça" və "Başakşehir"də çıxış edib. Keçmiş futbolçu 92 dəfə formasını geyindiyi Almaniya millisinin heyətində 23 qol vurub. O, bundestimlə 2014-cü ildə dünya çempionluğu yaşayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right